Batumidə koviddən 34 uşaq uşaq müalicə alır, onlarda 4-nə oksigen verilir
Batumi İaşvili klinikasında koronavirusdan 34 uşaq müalicə alır. Klinikadan “Batumelebi”-yə verilən məlumata görə, onlardan 4 uşağa oksigen verilir, 30 uşağın vəziyyəti isə orta ağırdır.

27 oktyabr tarixinə olan göstəricilərə görə, Acarıstanda koronavirusa 115 yeni yoluxma qeydə alınıb. Acarıstanda son 24 saat ərzində koviddən 3 xəstə dünyasını dəyişib.

Ölkə miqyasında isə vəziyyət olduqca ağırdır. Son 24 saat ərzində yeni 4 337 yoluxma təsdiqlənib və 42 xəstə dünyasını dəyişib. Gündəlik müsbət göstərici isə 8,12 faizdir.

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin məlumatına görə, Gürcüstanda kovidə ümumilikdə, 103 927 uşaq və yeniyetmə yoluxub (0-dan 18 yaşa qədər). Onlardan 9 dünyasını dəyişib.

Print Email
FaceBook Twitter Google