Gənclər Tbilisidə forum keçirir
Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində gənclərinin I regional forumu keçirilir.

Tədbirdə “Gənclər bərabərlik və sülh axtarışında” mövzusu ətrafında çıxışlar edilir və müzakirələr aparılır.

Forumun məqsədi etnik azərbaycanlı gəncləri narahat edən məsələlər, problemlərin dinlənilməsi və bu məsələləri hökumətin gündəminə gətirməkdir.

Tədbirdə Azərbaycanın Gürüstandakı səfirliyinin I katibi Anar Rəsulov, deputat Tariel Nakaidze, milli azlıqlar və insan haqları sahələrində fəaliyyət göstərən QHT təmsilçiləri, fəal gənclər və araşdırmaçılar iştirak edirlər.

Forum çərçivəsində Kvemo Kartli bölgəsinin sosial və ictimai həyatına həsr olunan qısametrajlı film nümayiş etdiriləcək və inşa müsabiqəsinin qalibləri mükafatlandırılacaq.

Tədbirin təşkilatçıları Müdafiə və Təhlükəsizlik Mülki Şurası, “Maks Plank Beynəlxalq Sülh və Qanunun Aliliyi Fondu”, azərbaycanlı gənclərin təşəbbüs qrupu və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzidir.

Mənbə: report.az
Print