Tənzimləmələr Agentliyinin nümayəndələri təkrar monitorinq məqsədi ilə ehtiyac yarandığı halda, Mixeil Saakaşvilinin yerlşdiriləcəyi həbsxana xəstəxanasında olublar
Tənzimləmələr Agentliyinin nümayəndələri monitorinq məqsədi ilə həbsxananın 18-ci müəssisəsində olublar. Lazım gəldiyi halda, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili həmin cəzaçəkmə müəssisəsinə yerləşdiriləcək.

Tənzimləmələr Agentliyinin nümayəndələri klinikanın təkrar monitorinqi nəticəsində əldə etdikləri yekun nəticəni daha sonra yayımlayacaqlar. Tənzimləmələr Agentliyinin nümayəndələri həbsxananın 18-ci müəssisəsinə, Səhiyyə naziri Yekaterina Tikaradzenin tapşırığı ilə gediblər.

Səhiyyə nazirinin bir neçə gün əvvəl bildirdiyinə görə, qeyd olunan cəzaçəkmə müəssisində təkrar monitorinq aparılması, nəticə çıxarılması və həmin klinikanın hansısa xəstə üçün risk daşıyıcısı olması barədə sualların qalmaması vacibdir.

Qeyd etmək lazımdır ki, Xalq Müdafiəçisinin müvəkkilləri Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin yerləşdirilə biləcəyi 18 saylı müəssisənin nə dərəcədə hazır olmasını yoxlayıblar. Ombudsmanın məlumatına görə, yoxlayı nəticəsində müəyyən edilib ki, müəssisədəki vəziyyət tibbi təminat baxımından, həkimlərin multifunksional qrupu tərəfindən verilmiş 2021-ci ilin 23 oktyabr nəticəsinə və tövsiyələrinə uyğun deyil. Eləcə də təhlükəsizlik baxımından müəyyən risklər mövcuddur.

Mənbə: İnterPressNews

Print