Özəl minik avtomobillərində həddi-büluğa çatmamış şəxslərin yanında siqaret çəkmək qadağan oluna bilər
Özəl minik avtomobillərində yetkinlik yaşına çatmamış şəxslərin yanında siqaret çəkmək qadağan oluna bilər. Bu barədə müvafiq qanunvericilik təşəbbüsü hazırlanıb və güman ki, seçkilərdən sonra Parlamentdə müzakirə olunacaq.

Qanun layihəsinə əsasən, həmçinin, taksilərdə bütün hallarda və bütün şərtlərdən kənar siqaret çəkmək qadağan oluna bilər. Çünki müəyyən araşdırmalar göstərib ki, əksər hallarda taksi sürücüləri də sərnişinin siqaret çəkməsindən narahat olur və yaxud əksinə, taksi sürücüsü siqaret çəkən zaman sərnişin narahat olur.

Xatırladaq ki, “Biznespressnews” qeyd olunan məhdudiyyət barədə hələ aprel ayında yazırdı. Həmin təşəbbüs, o zaman “Tütünə Nəzarət Barədə” Gürcüstan Qanununun icrasının vəziyyəti ilə bağlı Parlament tərəfindən yayımlanmış sərəncamda elan edilmişdi.

Mənbə: BPN

Print