Son üç ayda 1147 Gürcüstan vətəndaşı Almaniyadan sığınacaq istəyib
Almaniyadan sığınacaq istəyən Gürcüstan Respublikası vətəndaşlarının sayında artım qeydə alınıb.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə “Report”un Avropa bürosunun sorğusuna cavabında bildirib ki, son üç ayda ümumilikdə 1 147 Gürcüstan Respublikası vətəndaşı Almaniyaya gələrək qaçqın statusu üçün federal idarəyə müraciət edib.

Belə ki, bu ilin iyul ayında federal idarəyə Gürcüstan vətəndaşlarından 345, avqustda 358, sentyabrda isə 444 ərizə daxil olub.

Almaniyanın Daxili İşlər Nazirliyi hesab edir ki, Gürcüstan vətəndaşlarının çoxu vizasız rejimdən sui-istifadə edərək sığınacaq axtaran şəxs kimi müraciət edir və aylarla, bəzən isə illərlə Almaniyada qalmaq imkanı əldə edirlər.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google