Gürcüstan İsraillə birgə avtomat istehsalına başlayıb
Gürcüstanın Müdafiə Nazirliyinin nəzdindəki “Delta” hərbi elmi-texniki mərkəzdə NATO standartlarına uyğun GI -4 (5.56) avtomatlarının istehsalına başlanılıb.

Müasir silahların istehsalı bu gün açılan Gürcüstan-İsrail birgə müəssisəsində həyata keçiriləcək.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və müdafiə naziri Cuanşer Burçuladze bu gün müəssisəyə baş çəkib və istehsal prosesinə baxış keçiriblər.

Müasir avadanlıqla təchiz edilmiş müəssisənin buraxacağı silahlar həm Gürcüstanın müdafiə qüvvələri, həm də ixrac üçün nəzərdə tutulub.

Gələcəkdə digər silah-sursatların da istehsalı planlaşdırılır.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google