Qida məhsullarının qiyməti sentyabr ayında 32,8% artıb
Qida məhsullarının qiyməti sentyabr ayında 32,8% artıb. Milli Bankın yayımladığı pul siyasəti hesabatına əsasən, 2021-ci ilin əvvəlindən inkişaf etmiş, eləcə də inkşafda olan ölkələrdə qiymətlər ciddi şəkildə artmağa başladı.

Bu əsasən pandemiya şəraitində məhsulu verən tərəfdə yaranmış maneələrdən, eləcə də beynəlxalq ərzaq bazarlarında məhsulun qiymətinin artım dinamikasından irəli gəlir.
Qida məhsullarının qiyməti sentyabrda ötən ilin analoji dövrü ilə müqayisədə 32,8% artıb.

Neftin beynəlxalq qiyməti isə demək olar ikiqat artıb.

Beynəlxalq Valyuta Fondunun oktyabra olan proqnozuna görə, 2021-ci ildə qlobal şəkildə yüksək inflyasiya vəziyyəti qalacaq və inflyasiya pandemiyaya qədər olan göstəricilərə 2022-ci ilin ikinci yarısında qayıdacaq.
Mənbə: report.ge
Print Email
FaceBook Twitter Google