DİN Saakaşvilinin Ukraynalı vəkili və jurnalist Dimiti Qordonun Gürcüstana girişinə niyə icazə verilməməsi barədə hələ də müsahibə vermir
Daxili İşlər Nazirliyi Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin Ukraynalı vəkili Yevqeni Qruşevts və Ukraynalı jurnalist Dimitri Qordenin Gürcüstana girişinə niyə icazə verilməməsi barədə hələ də müsahibə vermir.

“İPN” artıq iki gündür qurumdan müvafiq cavab gözləyir. Ancaq DİN-dən müsahibə vermirlər.

Qeyd edək ki, Mixeil Saakaşvilinin Uraynalı vəkili Yevqeni Qruşovetsin sözlərinə görə, Gürcüstana girişlərinə heç bir izahat vermədən icazə verməyiblər və Ukraynaya geri qaytarıblar. Onun dediyinə görə, uçuş bələdçisi onu “deport edilmiş sərnişin” adlandırıb.

Uraynalı jurnalist Dimitri Qordon da eynisini qeyd edir. Onun sözlərinə görə, Gürcüstana girişə icazə verilməməsinin və deportasiyanın səbəbini heç kim ona izah etməyib. Qordonun qiymətləndirməsinə görə, baş verənlər beynəlxalq sqandal və Gürcüstan hakimiyyəti üçün utancdır.

“Məni heç vaxt heç yerdən deportasiya etməyiblər. Hələ ki, qardaş Gürcüstandan. Neçə ildir Gürcüstanın dostuyam” – Qordon Gürcüstandan deportasiya olunduqdan sonra bildirib.

Print Email
FaceBook Twitter Google