Anasına bir neçə dəfə atəş açmış kişiyə 14 il həbs cəzası verilib
Senakidə, ikilüləli tüfənglə bədənin müxtəlif nahiyələrinə bir neçə dəfə atəş açmış kişiyə 14 illik həbs cəzası verilib.

Məhkəmə ittiham tərəfinin mövqeyi ilə razılaşaraq bildirib ki, müttəhim qadına gender əlaməti, dözülməzlik motivi ilə və öldürmək məqsədi ilə atəş açıb. Hadisə 2021-ci ilin 29 yanvar tarixində baş verib.

Qurumun məlumatına görə, kişi gizlənməyə cəhd edib, qadını isə həkimlər xilas edib.

Senaki Rayon Məhkəməsi müttəhimi Gürcüstan Cinayət Məcəlləsinin 111-19-109-cu maddəsinin ikinci hissəsinin “d1” və “v” bəndləri ilə (gender əlaməti ilə ailə üzvünə qarşı acınacaqlı şəraitdə törədilmiş qətlə cəhd etmək) günahkar hesab edib və 14 il həbs cəzası verib.

Mənbə: Netgazeti
Print