Praktiki olaraq, indi gürcü deyil rus həbsxanasındayam, heyəti də məcbur edirlər ki, rus kimi hərəkət etsinlər – Mixeil Saakaşvili
"Praktiki olaraq, indi gürcü deyil rus həbsxanasındayam, heyəti də məcbur edirlər ki, rus kimi hərəkət etsinlər" – bu barədə Gürcüstanın keçmiş Prezidentinin, Mixeil Saakaşvilinin növbəti müraciətində qeyd olunub.

Saakaşvilinin bildirdiyinə görə, ona vəkillərlə münasibət qurmağa imkan verilmir.

“Şəxsi vəkilim ilə münasibət qurmağım üçün imkanı tam kəsiblər. Görüş otağında, bizim aramızda olan şüşə divarı sona qədər qaldırıblar. Bu deməkdir ki, bir-birimizə sənəd verə bilmərik. Həmçinin, səs də çox pis eşidilir. Gürcüstanda hətta Avropada da belə şey olmayıb. Məhkəmə və Prokurorluğun olmamasını uzun zamandır eşitmişdik, indi isə vəkilliyi ləğv etdilər! Bu gündən mən aclığıma əlaqədar hər hansı araşdırma, mülaicə və reanomobil xidmətini qədti şəkildə rədd edirəm. Bu hüquq müdafiəçiləri ilə maneəsiz münaisbət qurmaq hüququmu bərpa edənə qədər belə davam edəcək! Mən praktiki olaraq, indi gürcü deyil rus həbsxanasındayam, heyəti də məcbur edirlər ki, rus kimi hərəkət etsinlər”-
Sosial şəbəkədə, Saakaşvilinin şəxsi səhifəsində paylaşılmış bəyanatda qeyd olunub.

Saakaşvili müraciətində ukraynalı Ombudsman Lüdmila Denisva iləə görüşü barədə danışıb və qeyd edib ki, ona çox minnətdardır.

“O, da qeyd etdi ki, özünü Gürcüstanda deyil, Rusiyada hiss edib”- Saakaşvili bldirib.



Print Email
FaceBook Twitter Google