Qaribaşvilinin sözlərinə görə, oktyabrın 27-də keçirilən mitinqdə 150 ​​min insan iştirak edib
Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin sözlərinə görə, oktyabrın 27-də "Gürcü Arzusu”-nun təşkil etdiyi mitinqdə 150 ​​minə yaxın insan iştirak edib.

Bu gün o, jurnalistlərə açıqlamasında mitinqi qalibiyyət kimi qiymətləndirib. “Mtavari Arxi" telekanalının mitinqin niyə bu qədər tez dağıldığı sualına Qaribaşvili belə cavab verib:

"Dünən 150 minə yaxın insan çıxdı. Nə qədər yalan danışsanız da, dünən bütün dünya xalqımızın gücünü gördü, ona görə də hər kəs xalqımızın qərarına tabe olmalıdır”, – deyə Gürcüstanın baş naziri bildirib.
Mənbə: Netgazeti
Print