Türkiyədə qasırğa nəticəsində 4 nəfər dünyasını dəyişib (VİDEO)
Türkiyə mətbuatının məlumatına görə, noyabrın 29-da güclü külək nəticəsində 4 nəfər dünyasını dəyişib, ən azı 38 nəfər yaralanıb.

Türkiyə Meteorologiya Xidmətinin (TSMS) məlumatına görə, Mərmərə, Egey və Qərbi Qara dəniz bölgələri ilə İç Anadolunun şimal-qərbində leysan yağışları və külək davam edəcək.

Fırtına ilə əlaqədar ötən günü İstanbulda palçıqlı leysan yağışı da qeydə alınıb.

Bursada da güclü külək əsib. Fırtına evlərin damını uçurub. Fırtına nəticəsində yaşayış evinin dam örtüyü uçaraq şəhər tramvayının üzərinə düşüb.

Sinoptiklər bu gün də Qara dənizin qərb bölgəsində qasırğanın hələ də davam edəcəyini proqnozlaşdırırlar.


Print Email
FaceBook Twitter Google