“Rusiyanın rolu vacibdir” - Əliyev Ermənistanla münasibətlərin nizamlanması haqqında danışıb
Noyabrın 26-da Soçidə Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın müsbət rolundan danışıb.

"Biz Rusiyanın Ermənistanla münasibətlərin normallaşdırılmasında rolunu müsbət qiymətləndiririk və mən bunu görüş zamanı dedim və tərəflərin qəbul etdiyi birgə bəyanat da məhz bunu göstərir: yolların açılması, delimitasiya komissiyasının işinin hazırlanması üçün addımlar",
- deyə Əliyev bildirib.

Putinin təşkil etdiyi üçtərəfli görüşü Ermənistanın baş naziri də müsbət qiymətləndirib.

“Bizim çox müsbət söhbətimiz oldu. Məlum oldu ki, bizim müəyyən məsələlərdə mövqelərimiz üst-üstə düşür”, - deyə Paşinyan bildirib.

Soçidə qəbul edilən üçtərəfli sənədə əsasən, tərəflər sərhəddə delimitasiya və demarkasiya işlərinin başlanmasını asanlaşdırmaq üçün təhlükəsizlik mexanizminin yaradılmasının zəruriliyi barədə razılığa gəliblər.
Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google