Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin sözlərinə görə,
Gürcüstan Avropada görünməmiş iqtisadi artıma malikdir. Baş nazir
bunu hökumətin iclası başlamamışdan əvvəl jurnalistlərlə söhbəti
zaman deyib.
İrakli Qaribaşvilinin qeyd etdiyinə görə, oktyabrda iqtisadiyyat 7%
artıb.
“Oktyabr ayı üçün iqtisadi artım proqnozu təxminən 7% təşkil edir
ki, bu da 10 ayda təxminən 10,5% təşkil edir. Bu, təkcə bütün
regionda deyil, bütün Avropada həqiqətən unikal, misilsiz artımdır.
Bu xoş xəbər münasibətilə sizi bir daha təbrik edirəm",
- deyə Qaribaşvili bildirib.