Kimlərin qumarda iştirakına qadağa qoyulacaq - Qaribaşvili oyun biznesinin yeni qaydalarını açıqlayıb
Baş nazir İrakli Qaribaşvilinin sözlərinə görə, ümumilikdə bir milyon yetkin şəxs üçün qumarda iştirak qadağan ediləcək.

O, bu barədə hökumətin iclasında bildirib.

“Bu gün biz maliyyə naziri tərəfindən hazırlanmış qumar biznesinin yeni reqlamentini təqdim edirik. Onlayn qumar biznesi üçün yeni vergitutma tətbiq ediləcək və sektorun ümumi vergitutma bazası 65-70% artacaq. İkinci məsələ yaş həddi ilə bağlıdır. Yaşı 25-dən az olan vətəndaşlara qumarda iştirak etmək qadağandır. Həmçinin, bu məhdudiyyət dövlətdən yardım alan sosial cəhətdən həssas insanlara, dövlət məmurlarına, özünüməhdudlaşdırma mexanizmindən istifadə etmək xahişi ilə Vergilər Xidmətinə müraciət edən şəxslərə, habelə ailə üzvlərinin tələbi və məhkəmənin qərarı ilə “Qara siyahı”ya düşəcək şəxslərə şamil edilir. Ümumilikdə, qumar oynamaq imkanı məhdud olacaq insanların dairəsi 1 milyon həddi-büluğa çatmış insanı nəzərdə tutur və üçüncü məsələ - reklamın məhdudlaşdırılması. Qumar biznesinin bütün televiziya reklamları, eləcə də bayır reklamı və Gürcüstan saytlarında reklamının yerləşdirilməsi qadağan olunacaq. Qumar biznesi operatorlarına yalnız sponsorlar haqqında müqavilə imzalamağa icazə veriləcək, bu əsasən idmana aid edilə bilər",
- deyə İrakli Qaribaşvili bildirib.
Mənbə: BPN



Print Email
FaceBook Twitter Google