Dekabrın 2-dək Gürcüstanda yağış yağacağı gözlənilir.
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, dekabrın 1-dən
dekabrın 2-dək Gürcüstanda arabir şimşək çaxacağı, ayrı-ayrı
yerlərdə güclü yağış olacağı, yüksək dağlıq ərazilərdə qar
yağacağı, qərb küləyinin güclənəcəyi, dənizdə 4-5 bal gücündə tufan
olacağı gözlənilir.
Gözlənilən leysan yağışları Gürcüstan çaylarında suyun səviyyəsini
artıra, ölkənin dağlıq ərazilərində sürüşmələrə səbəb ola
bilər.