Yağış, külək, tufan - Gürcüstanda havalar pisləşəcək
Dekabrın 2-dək Gürcüstanda yağış yağacağı gözlənilir.

Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, dekabrın 1-dən dekabrın 2-dək Gürcüstanda arabir şimşək çaxacağı, ayrı-ayrı yerlərdə güclü yağış olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı, qərb küləyinin güclənəcəyi, dənizdə 4-5 bal gücündə tufan olacağı gözlənilir.

Gözlənilən leysan yağışları Gürcüstan çaylarında suyun səviyyəsini artıra, ölkənin dağlıq ərazilərində sürüşmələrə səbəb ola bilər.

Mənbə: report.ge

Print