Rustavidə gənc kişi 4-cü mərtəbədən yıxılıb [video]
Rustavi şəhərinin 15-ci mikrorayonunda 24 yaşlı kişi yaşayış binalarından birinin 4-cü mərtəbəsinin eyvanından yıxılıb.

Həmin binada yaşayan sakinlərin “İnfo Rustavi”-yə verdiyi məlumata görə, gənc kişi kitab oxuyan zaman əli boşa çıxıb və eyvandan yıxılıb.

“Bütün gecəni yatmırdı. Kitab oxuyurdu və çox güman ki, başı fırlanıb və 4-cü mərtəbənin eyvanından yıxılıb. Təcili yardım və polis hadisə yerinə gəldilər. Tez bir zamanda klinikaya apardılar”, - bu barədə qonşulular “İnfo Rustavi”-yə məlumat verdilər.

Xəsarət alan kişi təcili tibbi yardım briqadası tərəfindən “Rustavi” klinikasına yerləşdirilib. Neyrocərrah Davit Gelaşvilinin sözlərinə görə, gənc kişidə üç fəqərə sınığı qeydə alınıb.

“Bizə deyildiyinə görə, xəstə 4-cü mərtəbədən yıxılıb. İndiki mərhələdə xəsətə bütün müayinələrdən keçib. 1-ci, 2-ci və 3-cü bel fəqərələrində zədələr var. Bu görə də əməliyyat olunur. Sağ ayağında xəsarətlər alıb. Lakin onun başında və onurğanın digər hissələrində zədələnmə diaqnozu qoyulmadı. Zədənin qeydə alındığı onurğa sütununa metal implant qoyulacaq”, - həkim bildirib.


Print Email
FaceBook Twitter Google