ABŞ Gürcüstan və Ukraynanın NATO-ya üzv olmaq qərarını dəstəkləməkdə davam edir – ABŞ Dövlət Departamenti
“Birləşmiş Ştatlar 2008-ci ildə NATO-nun Buxarest Sammitində qəbul edilmiş qərarı dəstəkləməkdə davam edir, ona əsasən, Gürcüstan və Ukrayna NATO-ya üzv olacaq”, - ABŞ Dövlət Departamentinin NATO Xarici İşlər Nazirləri qarşısında yaydığı bəyanatda deyilir.

“ABŞ 2008-ci ildə NATO-nun Buxarest Sammitində qəbul edilmiş qərarı dəstəkləməkdə davam edir, ona əsasən, Gürcüstan və Ukrayna NATO-ya üzv olacaq. Bu ölkələrin illik milli proqramında NATO-ya gedən yolun təfərrüatları göstərilir. Həm Gürcüstan, həm də Ukrayna artıq güclü potensial tərəfdaşlardır ki, bu da onların NATO müttəfiqləri ilə əməliyyat uyğunluğunu və təlim imkanlarını artırır", - Dövlət Departamentinin bəyanatında deyilir.

NATO-nun xarici işlər nazirlərinin görüşünə Gürcüstandan Xarici İşlər Naziri Davit Zalkalianinin gedəcəyi bildirilib.

Mənbə: Publika

Print