Ekoloji Nəzarət Departamentinin Kvemo Kartli Regional Şöbəsinin
əməkdaşları Tullantıların İdarə Olunması Məcəlləsinin tələblərinin
pozulması ilə bağlı 4 fakt aşkar ediblər.
Qardabani bələdiyyəsində təhlükəli olmayan tullantıların açıq
yandırılması ilə bağlı 3 fakt aşkar edilib. Poniçala kəndi
yaxınlığında və kiçik Vaziani qəsəbəsində vətəndaşlar açıq şəkildə
elektrik kabellərini və elastomer materialları yandırıblar.
Bolnisi Bələdiyyəsinin Muxura kəndində də 1 qayda pozuntusu qeydə
alınıb. Vətəndaş heyvan cəsədinin qalıqları ilə ətraf mühiti
çirkləndirib.
Vətəndaşlar qarşı müvafiq sənədlər tərtib olunub.
Mənbə: tv4.ge