Qoridə ər arvadını namaz qıldığı üçün döyüb
Qoridə ər arvadını namaz qıldığı üçün döyüb və onu öldürməklə hədələyib. Məlumatı Qorinin “Mozaika” radiosu yayıb.

"Arvadının namaz qılmasından əsəbiləşən ər arvadına fiziki təzyiq göstərib. Daha dəqiq desək, ona əl və ayağı ilə üz və bədənin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbələr endirib. Həmçinin, onu öldürəcəyini və hər şeyi bu qaydada bitirəcəyini bildirərək hədələyib”, - iş materialında deyilir.

Təqsirləndirilən şəxs özünü təqsirli bilib. Hakim saxlanılan şəxsi şərti sayılacaq 2 il müddətinə azadlıqdan məhrum edib və nəhayət, məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə 3 il sınaq müddəti təyin edilib.

Mənbə: report.ge
Print Email
FaceBook Twitter Google