Qoridə ər arvadını namaz qıldığı üçün döyüb və onu öldürməklə
hədələyib.
Məlumatı Qorinin “Mozaika” radiosu yayıb.
"Arvadının namaz qılmasından əsəbiləşən ər arvadına
fiziki təzyiq göstərib. Daha dəqiq desək, ona əl və ayağı ilə üz və
bədənin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbələr endirib.
Həmçinin, onu öldürəcəyini və hər şeyi bu qaydada bitirəcəyini
bildirərək hədələyib”, - iş materialında deyilir.
Təqsirləndirilən şəxs özünü təqsirli bilib. Hakim saxlanılan şəxsi
şərti sayılacaq 2 il müddətinə azadlıqdan məhrum edib və nəhayət,
məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə 3 il sınaq müddəti
təyin edilib.