Şarl Mişel ilə çox yaxşı söhbətimiz oldu - Qaribaşvili
Gürcüstanın baş naziri İrakli Qaribaşvili Twitter” sosial şəbəkəsində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə üçlük formatında keçirilən görüş haqqında “yazıb.

Gürcüstan hökuməti başçısının sözlərinə görə, ümumi Avropa dəyərlərinə sadiqlik əlaqəli ölkələrin üçlüyünün Avropa İttifaqına inteqrasiyasının təməl daşıdır.
Baş nazir Avropa İttifaqına Gürcüstan, Ukrayna və Moldovanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib.

"Avropa Şurasının prezidenti Şarl Mişel ilə Assosiasiya Üçlüyü formatında çox yaxşı söhbətimiz oldu. Ümumi Avropa dəyərlərinə sadiqlik bizim Aİ-yə inteqrasiyamızın təməl daşıdır. Avroopa İttifaqına ölkəmizin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edirəm”,
- deyə İrakli Qaribaşvili yazıb.
Mənbə: report.ge
Print Email
FaceBook Twitter Google