Çində peyvənd olunan ən yaşlı şəxs 106 yaşındadır
Çində 106 yaşlı kişi koronavirusa qarşı peyvənd olunub. O, dünyanın ən yaşlı peyvənd olunan insanıdır. Bu barədə Çin Xalq Respublikasının Gigiyena və Sağlamlıq üzrə Dövlət Komitəsinin nümayəndəsi Jen Junvey brifinqdə bildirib.

Onun sözlərinə görə, peyvənd kampaniyası çərçivəsində çinli həkimlər 60 yaşdan yuxarı 500 milyondan çox insanı peyvənd edib.

O, həmçinin qeyd edib ki, Çin peyvəndləri yaşlılarda yüksək səviyyədə təhlükəsizlik nümayiş etdirib. Bundan əlavə, bu yaş qrupundakı vətəndaşlarda əlavə təsirlərin tezliyi 18-59 yaşlı insanlardan xeyli aşağıdır.

Bu gün 1,41 milyard əhalisi olan Çində 1,1 milyarddan çox insan peyvənd olunub. Ölkədə ən çox yayılmış peyvəndlər əczaçılıq şirkətləri olan Sinopharm və Sinovac tərəfindən hazırlanır.

Mənbə: report.ge

Print