Alimlər "Omikron"un uşaqlar üçün yaratdığı təhlükələri sadalayıblar

Cənubi Afrikada koronavirusun yeni ştammı olan “Omikron”un yayılmasının episentrinə çevrilən Tsvane rayonunda uşaqlar arasında xəstəxanaya yerləşdirilmə nisbətinin kifayət qədər yüksək olduğu bildirilir. Bu haqda məlumatı Bloomberg yayıb.



Cənubi Afrikadakı Milli Yoluxucu Xəstəliklər İnstitutunun sağlamlıq mütəxəssisi Vaasila Jassatın sözlərinə görə, korovirusun yeni ştammı ilə pandemiyanın ilkin mərhələlərində olduğundan daha çox iki yaşa qədər olan uşaqlar yoluxur.

O, analoji tendensiyanın koronavirus epidemiyasının üçüncü dalğası zamanı, koronavirusun “delta” ştammının üstünlük təşkil etdiyi dövrdə müşahidə edildiyini bildirib.

"Kiçik uşaqlarda immun sistemi çox zəifdir, üstəlik, onlar koronavirusa görə peyvənd olunmurlar, ona görə də onlar daha çox risk altındadırlar"
, - deyə Casat izah edib.

Eyni zamanda, o, xəstəxanaya yerləşdirilənlərin sayının artmasına valideynlərin "Omikron"la bağlı narahatlığının təsir göstərə biləcəyini bildirib.
Mənbə: report.ge

 

Print Email
FaceBook Twitter Google