Biz bütün istiqamətlərdə əməkdaşlığı gücləndirməliyik - Ursula fon der Layen
Avropa Komissiyasının sədri Ursula fon der Layen Twitter sosial şəbəkəsi vasitəsilə Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Ukraynanın baş naziri Denis Şmiqal və Moldovanın baş naziri Nataliya Qavrilitsa ilə görüşünə münasibət bildirib.

Ursula fon der Leyen qeyd edib ki, assosiasiya olunmuş ölkələr üçlüyü və Avropa İttifaqı sazişlərin bütün potensialından istifadə etməli və bütün sahələrdə əməkdaşlığı gücləndirməlidir.

"Gürcüstan, Moldova və Ukraynanın baş nazirləri ilə görüşməkdən məmnunam. Biz Assosiasiya Sazişlərinin bütün potensialından istifadə etməli və bütün sahələrdə əməkdaşlığımızı gücləndirməliyik. Qarşıdan gələn Zirvə görüşünü səbirsizliklə gözləyirik ki, bu da bizim Şərq tərəfdaşlığımıza yeni təkan verəcək”,
- deyə Ursula fon der La yazıb.


Mənbə: report.ge

Print Email
FaceBook Twitter Google