Daxili İşlər Nazirliyinin əməkdaşları qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq və saxlamaq ittihamı ilə 10 nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində ölkənin müxtəlif rayonlarında qanunsuz olaraq odlu silah və döyüş sursatı ələ keçirib. Ümumilikdə 10 nəfər qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq və saxlamaq ittihamı ilə saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına görə, Kaxeti Polis Departamentinin Telavi rayon şöbəsinin əməkdaşları əvvəllər məhkum olunmuş 1962-ci il təvəllüdlü K.R.-nı Telavidə saxlayıblar. Polis onun evinə, həyətinə və yardımçı tikililərinə baxış zamanı maddi sübut kimi dövlət qeydiyyatına alınmamış kiçik çaplı tüfəng götürüb.

1944-cü il təvəllüdlü P.E. Samçxe-Cavaxeti Polis Departamentinin əməkdaşları tərəfindən Axalkalakidə saxlanılıb. Polis saxlanılan şəxsin evinə baxış zamanı maddi sübut kimi 1 ədəd "TT" markalı tapança və digər sursatlar götürüb.

1983-cü il təvəllüdlü İ.İ.-yə gəlincə, o, Kvemo Kartli Polis Departamentinin Marneuli rayon şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat əldə etmək və saxlamaqda ittiham olunaraq saxlanılıb. Hakimin qərarı əsasında təqsirləndirilən şəxsə məxsus fermaya baxış zamanı “Mosin” markalı odlu silah maddi sübut kimi götürülüb.

Marneuli rayon şöbəsinin əməkdaşları tərəfindən saxlanılan daha bir şəxs - 1977-ci il təvəllüdlü, əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş M.M.-nın şəxsi axtarışı nəticəsində maddi sübut kimi odlu silah götürülüb.

Sameqrelo-Zemo Svaneti Polis Departamentinin Martvili rayon şöbəsinin əməkdaşları 1957-ci il təvəllüdlü E.N.-ni Martvilidəki kəndlərdən birində saxlayıblar. Polis şübhəlinin yaşayış yerindəki taxta talvardan sübut kimi avtomatik odlu silah, 83 patron və digər sursatlar ələ keçirib.

Mestia rayon şöbəsinin əməkdaşları təqsirləndirilən 1997-ci il təvəllüdlü Q.F.-nin nəzarəti altında olan avtomobilə baxış zamanı avtomat odlu silah, 1 tüfəng və digər sursatları maddi sübut kimi götürüb.

Digər təqsirləndirilən şəxs - 1982-ci il Q.G. Mestia rayon şöbəsinin əməkdaşları tərəfindən Mestiadakı kəndlərdən birində saxlanılıb. Polis təqsirləndirilən şəxsin evinə baxış zamanı avtomat silah, döyüş sursatı, 23 ədəd patron və 1 tüfəng ələ keçirib.

Acarıstan Departamentinin əməkdaşları əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü Z.Q.-ni Batumidə saxlayıblar. Z.Q.-nin şəxsi axtarışı nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən maddi sübut kimi 2 ədəd döyüş sursatı, 2 ədəd avtomat və 16 ədəd patron götürülüb.

1986-cı il təvəllüdlü Q.C.-yə gəlincə, o, Kobuleti rayon şöbəsənin əməkdaşları tərəfindən Kobuletidə saxlanılıb. Analoji cinayət törətməkdə təqsirli bilinən əvvəllər məhkum olunmuş şəxsin evinə baxış nəticəsində polis əməkdaşları tərəfindən maddi sübut kimi 1 ədəd “Makarov” markalı tapança, döyüş sursatı və 7 ədəd patron götürülüb.

Həmçinin, əvvəllər məhkum olunmuş - 1992-ci il təvəllüdlü L. C. Mçxeta-Mtianeti Polis Departmentinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxsin avtomobilinə baxış zamanı hüquq-mühafizə orqanları tərəfindən 2 ədəd “Kalaşnikov” avtomatı və döyüş sursatları götürülüb.

Sadalanan faktlar üzrə Gürcüstan Cinayət Məcəlləsinin 3, 4 və 6-cı hissələri ilə qanunsuz olaraq odlu silah və döyüş sursatlarının alınması, saxlanması və daşınması ilə bağlı araşdırma aparılır.

Cinayətlər 3 ildən 7 ilə qədər həbs cəzası nəzərdə tutur.


Mənbə: report.ge
Print