Tbilisidə iki İran vətəndaşı dəm qazından zəhərlənərək ölüb
Gürcüstanın paytaxtı Tbilisidə iki İran vətəndaşı dəm qazından zəhərlənərək ölüb.

Hadisə paytaxtın Şartava küçəsində qeydə alınıb.

Məlumata görə, yaşı 40-dan az olan iki İran vətəndaşı kirayə qaldıqları mənzildə düzgün quraşdırılmayan suqızdırıcı sistemdən sızan dəm qazından boğularaq ölüb.

Onların hər ikisinin kişi olduğu bildirilib.

Hadisə ilə əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən istintaq başlanılıb.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google