Gürcüstanda daha 4 459 nəfər koronavirusa yoluxub
Gürcüstanda son sutka ərzində koronavirusa 4 459 yeni yoluxma faktı qeydə alınıb, 3 957 nəfər müalicə olunaraq sağalıb, 65 pasiyent vəfat edib.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövrə qədər Gürcüstanda COVID-19 infeksiyası 850 102 nəfərdə aşkarlanıb. Onların 792 158-i sağalıb, 12 119-u isə ölüb.

Stopcov.ge-də dərc olunan məlumata görə, sutka ərzində 51 321 test aparılıb. Aparılmış testin 32 187-i sürətli antigendir, 19 134-ü isə PCR-dir.

Öklə üzrə yoluxma hansı bölgədə qeydə alınıb:
  • Tbilisi - 1 740
  • Acarıstan - 186
  • İmereti - 843
  • Kvemo Kartli - 257
  • Şida Kartli - 349
  • Quriya - 136
  • Sameqrelo - Zemo Svaneti - 358
  • Kaxeti - 260
  • Mtsxeta- Mtianeti - 128
  • Samtsxe-Cavaxeti - 171
  • Raça-Leçxumi - Kvemo Svaneti - 31.
Print Email
FaceBook Twitter Google