Tbilisidə 90 uşaq koronadan xəstəxanaya yerləşdirildi
Gürcüstanda uşaqlar arasında da koronavirusa yoluxma halları artır. Təkcə Tbilisinin Çiçiaşvili adına uşaq xəstəxanasında 90 azyaşlı müalicə alır.

Klinikadan verilən məlumata görə, onların 13-nün vəziyyəti ağırdır.

“Koronavirusa yoluxanların sayı hələ də yüksəkdir. Hazırda klinikamızda 90 xəstə uşaq müalicə alır. Onlardan 13-nün vəziyyəti ağırdır. İkisinin vəziyyəti nisbətən ağırdır, hər ikisi süni tənəffüs aparatına qoşulub. Onlardan biri ayyarımlıqdır”, - klinikanın meneceri Salome Qambaşidze deyib.

Epidemioloqların hesablamalarına görə, ölkədə hazırda koronavirusa yoluxanların 15%-ni uşaqlar təşkil edir. Ötən illə müqayisədə uşaqlar arasında koronavirusa yoluxma faizi iki dəfədən çox artıb.

Qeyd edək ki, uşaqlar arasında koronavirusa yoluxma hallarının artması və ağırlaşmalar ciddi narahatlıq yaradır.
Print