Rustavidə yeniyetmə binanın eyvanından yıxılıb [video]
Rustavi şəhərinin 12-ci mikrorayonu ərazisində yerləşən binaların birinin 4-cü mərtəbəsindən 13 yaşlı qız eyvandan yıxılıb.

“İnfo Rustavi”-nin məlumatına görə, qəza zamanı yeniyetmə eyvanda paltar yuyurmuş.

"Çox güclü səs gəldi. Mən elə bildim ki, hardasa qaz partladı. O tərəfə baxırdım. Sonra gördüm ki, yerdə uşaq uzanıb", - qonşulardan biri "İnfo Rustavi"yə bildirib.

Yaralı ilk olaraq təcili yardım briqadası tərəfindən Rustavidəki klinikaya aparılıb.

Tibb müəssisəsinin təcili yardım şöbəsinin həkimi Marina Kavtuaşvilinin sözlərinə görə, xəstə müayinələrdən keçirilib və bədənində çoxsaylı xəsarətlər qeydə alınıb. Lakin onun əməliyyat olunmasına ehtiyac olmayıb.

"13 yaşlı qızı təcili yardım briqadası tərəfindən gətirildi. Özünün dediyinə görə, təsadüfən yaşadığı mənzilin 4-cü mərtəbəsindən yıxılıb. Xəstə gətirilən zaman huşu yerində idi. Cavab verirdi. Amma çox sayda travmalar və göyərtilər var idi",
- həkim Kavtuaşvili dedi.

Kliniki müainələrdən sonra yeniyetmə "Rustavi" klinikasından İaşvili adına Uşaq Klinikasına köçürülüb.


Mənbə: inforustavi.ge
Print