Tbilisinin Varketili qəsəbəsində baş verən avtomobil qəzasında 1
nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Hadisə noyabrın 30-da, gecə saatlarında baş verib.
Ölən 30 yaşlarında kişidir.
Daxili İşlər Nazirliyi faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin
276-cı maddəsinin altıncı hissəsi ilə araşdırma aparır.