Daxili İşlər Nazirliyi narkotik cinayətinə görə, 10 nəfəri narkotik satıcısı olmaqla, 12 nəfər saxlayıb
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin və Xüsusi Tapşrııqlar Departamentinin əməkdaşları, Baş Prokurorluqla birlikdə, noyabrda aparılmış operativ istintaq nəticəsində, müxtəlif vaxtlarda, Poniçala məntəqəsində və Tbilisinin başqa məhəllələrində 10 nəfəri narkotik satıcısı olmaqla, 12 nəfər saxlayıb.

Narkotik cinayətinə görə saxlanılanlar: 1989-cu il təvəllüdlü Q.A., 1987-ci il təvəllüdlü D.V., 1978-ci il təvəllüdlü T.İ., 1981-ci il təvəllüdlü B. C., Azərbaycan vətəndaşı, 1996-cı il təvəllüdlü Ş.A., 1982-ci il təvəllüdlü A.E., 1984-cü il təvəllüdlü S.C., 2004-cü il təvəllüdlü E.K, 2004-cü il təvəllüdlü N.Q., 2000-ci il təvəllüdlü N.D.,iki nəfər isə - 1982-ci il təvəllüdlü A.D., 1988-ci il təvəllüdlü V.J xüsusilə böyük miqdarda narkotikin qanunsuz əldə edilməsi-saxlanılmasına görə, saxlanılıb.

Cinayətlərə görə, 8 ildən 20 ilə qədər, yaxud ömürlük azadlıqdan məhrum etmə nəzərdə tutulur.

İstintaq nəticəsində aydın olub ki, saxlanılan narkotik satıcıları davamlı şəkildə narkotik vasitələrin qanunsuz satışını həyata keçirirmiş.

Polsilər, hakimin hökmü əsasında, yoxlayış üçün bir neçə dəfə müttəhimlərdən “Heroin”, “Bufrenorfin” və “Alfa-Pvp” alıblar və qeyd olunan alqı-satqıların gizli auido-video qeydə alıblar.

Polis narkotikin qanunsuz əldə edilməsi-saxlanılmasına görə, V.J-nın üzərinə baxış keçirən zaman, sübut olaraq narkotik maddə “MDMA” tərkibli 99 həb, A.D.-nın üzərinə baxış keçirən zaman isə “MDMA” tərkibli 30 həb, “Ampetamin” tərkibli 10 həb və 19 qrama yaxın “Kokain” tərkibli narkotik maddə götürüb.

Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü, 4-cü və 6-cı hissələri ilə istintaq aparılır. Həmin maddə xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə eidlməsi-saxlanılması, istifadəyə verilməsini nəzərdə tutur.


Mənbə: police.ge
Print Email
FaceBook Twitter Google