Daxili İşlər Nazirliyi narkotik cinayətinə görə, 10 nəfəri narkotik satıcısı olmaqla, 12 nəfər saxlayıb
13:00 / 01.12.2021
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin və
Xüsusi Tapşrııqlar Departamentinin əməkdaşları, Baş Prokurorluqla
birlikdə, noyabrda aparılmış operativ istintaq nəticəsində,
müxtəlif vaxtlarda,
Poniçala məntəqəsində və Tbilisinin başqa məhəllələrində 10 nəfəri
narkotik satıcısı olmaqla, 12 nəfər saxlayıb.
Narkotik cinayətinə görə saxlanılanlar: 1989-cu il təvəllüdlü Q.A.,
1987-ci il təvəllüdlü D.V., 1978-ci il təvəllüdlü T.İ., 1981-ci il
təvəllüdlü B. C., Azərbaycan vətəndaşı, 1996-cı il təvəllüdlü Ş.A.,
1982-ci il təvəllüdlü A.E., 1984-cü il təvəllüdlü S.C., 2004-cü il
təvəllüdlü E.K, 2004-cü il təvəllüdlü N.Q., 2000-ci il təvəllüdlü
N.D.,iki nəfər isə - 1982-ci il təvəllüdlü A.D., 1988-ci il
təvəllüdlü V.J xüsusilə böyük miqdarda narkotikin qanunsuz əldə
edilməsi-saxlanılmasına görə, saxlanılıb.
Cinayətlərə görə, 8 ildən 20 ilə qədər, yaxud ömürlük azadlıqdan
məhrum etmə nəzərdə tutulur.
İstintaq nəticəsində aydın olub ki, saxlanılan narkotik satıcıları
davamlı şəkildə narkotik vasitələrin qanunsuz satışını həyata
keçirirmiş.
Polsilər, hakimin hökmü əsasında, yoxlayış üçün bir neçə dəfə
müttəhimlərdən “Heroin”, “Bufrenorfin” və “Alfa-Pvp” alıblar və
qeyd olunan alqı-satqıların gizli auido-video qeydə alıblar.
Polis narkotikin qanunsuz əldə edilməsi-saxlanılmasına görə,
V.J-nın üzərinə baxış keçirən zaman, sübut olaraq narkotik maddə
“MDMA” tərkibli 99 həb, A.D.-nın üzərinə baxış keçirən zaman isə
“MDMA” tərkibli 30 həb, “Ampetamin” tərkibli 10 həb və 19 qrama
yaxın “Kokain” tərkibli narkotik maddə götürüb.
Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü, 4-cü və 6-cı
hissələri ilə istintaq aparılır. Həmin maddə xüsusilə böyük
miqdarda narkotik vasitələrin qanunsuz əldə eidlməsi-saxlanılması,
istifadəyə verilməsini nəzərdə tutur.