Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David
Zalkaliani 14 nəfərin həlak olduğu hərbi helikopter qəzası ilə
bağlı Azərbaycana başsağlığı verib.
Nazir başsağlığı sözlərini tviter hesabında yazıb.
XİN başçısı bildirib ki, dost, qonşu Azərbaycanda faciəvi
helikopter qəzası barədə xəbəri dərin kədər hissi ilə qarşılayıb:
“Bu kədərli anda Gürcüstan Azərbaycan xalqının
yanındadır. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı
verirəm. Xəsarət alanların tezliklə sağalmasını
diləyirəm”.