SOCAR Gürcüstanda qeyri-əhali abonentləri üçün qazın qiymətini artırıb
"SOCAR Georgia Gas" şirkəti bu gündən Gürcüstanın bölgələrində qeyri-əhali abonentləri üçün qazın 1 kubmetrinin qiymətini 20 tetri artırıb.

Qiymət artımından sonra "SOCAR Georgia Gas"ın tədarük edəcəyi kommersiya qazının 1 kubmetrinin qiyməti 1,15 lari təşkil edəcək.

Qeyd edək ki, şirkət qiymət artımını xidmət xərclərinin artması və Gürcüstan milli valyutasının mübadilə qiymətinin dəyişməsi illə əlaqələndirib.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google