Qiorqi Doxturişvili Kvemo Kartli qubernatoru vəzifəsinə təyin edilib
Qiorqi Doxturişvili Kvemo Kartli qubernatoru vəzifəsinə təyin edilib.

Doxturişvilini bu gün hökumətin Bölgələr Üzrə Əlaqələr Departamentinin rəhbəri Leri Barnabişvili təqdim edib.

Qiorqi Doxturişvilinin dövlət qulluğunda çoxillik təcrübəsi var. O, 2017-ci ildən Tbilisi Şəhər Şurasının üzvü olub, Ətraf Mühitin Mühafizəsi Komissiyasına rəhbərlik edib.

Şota Rexviaşvili 2018-ci ildən Kvemo Kartlinin qubernatoru vəzifəsində çalışırdı. Məlumata görə, keçmiş qubernator öz fəaliyyətini Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirliyi Aparatında davam etdirəcək.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google