Gürcüstan səfirliyi Azərbaycan xalqına başsağlığı ünvanlayıb
Gürcüstanın Azərbaycandakı səfirliyi insan tələfatı ilə nəticələnmiş Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı başsağlığı yayıb.

Səfirlikdən xəbərin dərin kədər hissi ilə qarşılandığı bildirilib.

“Gürcüstan səfirliyi dost və qardaş Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir. Bu çətin məqamda həlak olanların ailələri ilə həmdərd olduğumuzu bildiririk”, - başsağlığında deyilib.

Qeyd edək ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən "qara qutu"nun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google