Marneulili atalar gender bərabərliyi üçün – Marneulidə banerlər yerləşdirilib
Marneulidə gender zorakılığına qarşı 16 günlük qlobal kampaniya çərçivəsində atalar, Ruben Saponcyan və Kamran Əfəndiyevin şəkli olan banerlər yerləşdirilib.

Banerlər “kişilər qayğı göstərir” kampaniyasının təşəbbüsü ilə Marneulidə, Rustaveli küçəsində asılıb.

“Banerlər kişilərin həqiqi gender bərabərliyinə nail olmaq üçün qayğıkeş ata, həyat yoldaşı və tərəfdaş kimi övladların tərbiyəsi, ailə işləri, qadınların, uşaqların, ailələrin, ümumiyyətlə ictimaiyyətin, ölkənin firavanlığındakı rolunun nə qədər mühüm olduğunu diqqətə yetirir.

Gender münasibətləri barədə məlumatlar göstərir ki, ənənəvi gender rolları ətrafında olan stereotiplər kişilərin məsuliyyətini bərabər bölməsinə, qayğıkeş ata, həyat yoldaşı, tərəfdaş, ailə üzvləri olmağa mane olur”,
– təşkilatın bəyanatında qeyd olunub.

Kamran Əfəndiyev Marneulidə müəllim işləyir, Ruben Saponcyan isə mühəndisdir. Banerlərdə onlar öz övladları ilə birlikdə, kitab oxuyarkən və stadionda futbol oynayarkən təsvir olunublar.

Marneulili atalar barədə paylaşımlar “kişilər qayğı göstərir” adlı “Facebook” səhifəsində də yayımlanıb. Paylaşımda Ruben və Kamran öz atalıq təcrübələrindən danışırlar.


Print Email
FaceBook Twitter Google