“Bu il Gürcüstanda ilk dəfə olaraq məktəbəqədər
müəssisələrdə bilinqual (ikidilli - red.) təhsil sisteminin
tətbiqinə başlanılıb”.
Bunu Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli parlamentdə
“nazir saatı” formatında çıxışında deyib.
Nazir bildirib ki, yenilik üçün tədris resurslarının hazırlanması
istiqamətində intensiv işlər aparılır:
“Proqramın pilot
versiyaları Kvemo Kartli və Samtsxe Cavaxeti bölgələrindəki uşaq
bağçalarında tətbiq olunub. Bələdiyyələr səviyyəsində sistemin
tətbiqi ilə bağlı tələb və imkanlar, həmçinin gələcəkdə alternativ
məktəbəqədər təhsilin tətbiqinə hazırlıqla bağlı araşdırmalar
aparılır”.
M.Çxenkeli qeyd edib ki, bilinqual təhsil proqramının həyata
keçirilməsinə yerli ikidilli və köməkçi müəllimlər cəlb
olunacaqlar.