Pensiya Agentliyi - Oktyabrın sonuna olan məlumata görə pensiya aktivlərinin həcmi 1,9 milyard lari təşkil edir
Pensiya Agentliyindən əldə olunan məlumatlara görə, 30 oktyabr 2021-ci il tarixinə pensiya sistemində qeydiyyatdan keçmiş iştirakçıların sayı 1 milyon 223 min nəfərdir. İndiyədək 1270 nəfər yığılan pensiyadan yararlanıb.

Onların sözlərinə görə, pensiya aktivlərinin həcmi artaraq 1,9 milyard lariyə çatıb. Onların arasında investisiya fəaliyyəti üzrə hesablanmış faizlər 249 milyon lari təşkil edir.

Eyni zamanda, pensiya planına cəlb olunanların sayı hər gün artır və ayda orta hesabla 11 min nəfər təşkil edir.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google