Hüquq Komitəsi Ali Məhkəməyə müddətsiz təyin olunacaq namizədləri dəstəkləyib
Parlamentin Hüquq Məsələləri Komitəsi Ali Məhkəməyə müddətsiz namizədləri dəstəkləyib. Səsvermə bu gün, dekabrın 1-də baş tutub. Bu gün keçirilən plenar iclasda hakimliyə namizədlərin səsverməsi gözlənilir.

“Vətəndaşlar” partiyasının üzvü Levan İoseliani namizədləri dəstəkləməyib.

Ali Məhkəməyə namizədlər bunlardır:
  • Qenadi Makaridze,
  • Tamar Okropiridze,
  • Nino Sandodze,
  • Tea Dzimistaraşvili,
Noyabrın 23-24-də Hüquq Komitəsində onlarla müsahibələr keçirilib.

Parlament müxalifətinin bir hissəsi müddətsiz Ali Məhkəməyə namizədlərin seçim prosesini boykot edib, eləcə də ombudsmanın nümayəndəsi müsahibəyə qatılmayıb. Eyni zamanda ABŞ və Aİ səfirlikləri hakim komandanı Ali Məhkəməyə hakimlərin təyinatını müvəqqəti dayandırmağa çağırıb. 19 aprel razılaşması da Ali Məhkəmənin qaydalarına uyğun olaraq təyinatlarda bitərəf qalmağı nəzərdə tuturdu.

Mənbə: Netgazeti
Print