Marneulidə 1700 nəfər birinci sinif şagirdinə artıq “book”-lar
verilib.
Bu barədə Marneuli Təhsil Resurs Mərkəzinin nümayəndəsi İrma
Davadze məlumat verdi və bildirdi ki, dövlətin hədiyyəsi olan
kompüterlər təxminən 200-ə yaxın birinci sinif şagirdinə
verilməyib.
“Birinci mərhələni aldıq. 30 avqusta qədər kim
qeydiyyatdan keçə bildisə, onların kompüterlərini gətirdilər. Kimə
hələ verilməyib, onlar bir az gec qeydiyyatdan keçənlərdir.
Bildiyiniz kimi, birinci siniflərin qeydiyyatı bir neçə mərhələdən
ibarətdir və müxtəlif vaxtlarda qeydiyyatdan keçirlər. Sonuncu
mərhələ xaricdə olanlar və sonradan buraya köçmək istəyənlərdir.
Onlara yaxın günlərdə kompüterlər veriləcək. İndiki mərhələdə
Təhsil Resurs Mərkəzindən bütün “booklar” aparılıb”,
– İrma Davadze bildirdi.
Kompüterlər 2021-2022-ci tədris ilinin başlanğıcında verilməli idi.
Ancaq tenderdə olan problemlərə görə, proses təxminən iki ay
uzanıb.
Elm və Təhsil Nazirliyi birinci sinif şagirdləri və onların sinif
rəhbərinə kompüterləri “Mənim birinci kompüterim” proqramı
çərçivəsində 2011-ci ildən verir.