Marneulidə 1700 nəfər birinci sinif şagirdinə “book”-lar verilib
Marneulidə 1700 nəfər birinci sinif şagirdinə artıq “book”-lar verilib. Bu barədə Marneuli Təhsil Resurs Mərkəzinin nümayəndəsi İrma Davadze məlumat verdi və bildirdi ki, dövlətin hədiyyəsi olan kompüterlər təxminən 200-ə yaxın birinci sinif şagirdinə verilməyib.

“Birinci mərhələni aldıq. 30 avqusta qədər kim qeydiyyatdan keçə bildisə, onların kompüterlərini gətirdilər. Kimə hələ verilməyib, onlar bir az gec qeydiyyatdan keçənlərdir. Bildiyiniz kimi, birinci siniflərin qeydiyyatı bir neçə mərhələdən ibarətdir və müxtəlif vaxtlarda qeydiyyatdan keçirlər. Sonuncu mərhələ xaricdə olanlar və sonradan buraya köçmək istəyənlərdir. Onlara yaxın günlərdə kompüterlər veriləcək. İndiki mərhələdə Təhsil Resurs Mərkəzindən bütün “booklar” aparılıb”, – İrma Davadze bildirdi.

Kompüterlər 2021-2022-ci tədris ilinin başlanğıcında verilməli idi. Ancaq tenderdə olan problemlərə görə, proses təxminən iki ay uzanıb.

Elm və Təhsil Nazirliyi birinci sinif şagirdləri və onların sinif rəhbərinə kompüterləri “Mənim birinci kompüterim” proqramı çərçivəsində 2011-ci ildən verir.

"Marneuli" Radiosu
Print