Marneulinin 18 dəqiqədə sükutla təsdiqlənən 36 539 800 larilik büdcəsi
Bu gün, 1 dekabr tarixində Marneuli Bələdiyyə Məclisi 2022-ci ilin büdcəsini təsdiq edib. Bələdiyyə Məclisinin növbədənkənar iclasında ümumilikdə, bir məsələ müzakirəyə çıxarılmışdı. Büdcə layihəsini deputatlara və maraqlanan şəxslərə Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədov təqdim etdi.

“Xatırladaq ki, 2022-ci ilin büdcəsi 36 539 800 lari təşkil edir və bu ötən il təsdiqlənən büdcə ilə müqayisədə 5 301 200 lari artıb”, – Vüqar Məmmədov bildirdi.

Bələdiyyə Məclisinin iclasında Marneulinin 2022-ci il büdcəsi 18 dəqiqəyə təsdiqləndi. Bələdiyyə Məclisi üzvlərinin və iştirakçıların büdcə ilə əlaqədar heç bir sualı yox idi.

Bu gün, Bələdiyyə Məclisinin bu çağırışla sonuncu iclası keçirildi. Yeni çağırış Bələdiyyə Məclisi 3 dekabrdan fəaliyyətə başlayacaq.

“İki kəlmə ilə öz həmkarlarıma, deputatlara müraciət etmək istəyirəm. Bu sonuncu iclasdır, biz dörd il ərzində bir çox mühüm məsələləri müzakirə etdik. Bir daha sizin hər birinizə xidmətiniz üçün minnətdaram. Əlbəttə, yeni Bələdiyyə Məclisində əksəriyyət köhnə üzvlər qalır, ancaq kimlər yeni Bələdiyyə Məclisinin üzvü ola bilmədi, hər bir deputata çəkdiyi zəhmətə görə minnətdarlığımı bildirmək istəyirəm”,
– Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze bildirdi.

Qeyd edək ki, büdcənin təsdiqlənməsi prosesində meriya binasının ətrafında polislər və mühafizə xidmətinin əməkdaşları səfərbər edilmişdi. Güman ki, meriya Marneulidə də büdcənin təsdiqlənməsi zamanı qarşıdurma baş verəcəyini gözləyirmiş. Ancaq proses sakit rejimdə keçdi.

Marneulidə 2022-ci ildə həyata keçiriləcək infrastruktur layihələrinin siyahısını təqdim edirik:
  • Marneuli şəhərində iki mini stadionun tikintisi - 300 000 lari
  • Kirovka kəndində mini stadionun tikintisi - 150 000 lari
  • Tamarisi kəndində daxili yollara asfalt qatının çəkilməsi - 400 000 lari
  • Maradisi kəndində daxili yollara asfalt qatının çəkilməsi - 400 000 lari
  • Şaumyani kəndinin daxili yolu - 400 000 lari
  • Axlımahmudlu kəndinin daxili yolu - 400 000 lari
  • Xoxmeli kəndinin daxili yolu - 300 000 lari
  • Opreti kəndinin daxili yolu - 400 000 lari
  • Seyidqocalı kəndinin daxili yolu - 400 000 lari
  • Kürtlər kəndinin daxili yolu - 400 000 lari
  • Lejbəddin kəndinin daxili yolu - 400 000 lari
  • Xancığazlı kəndinin daxili yolu - 400 000 lari
  • Ağkörpü kəndinin daxili yolu - 300 000 lari
  • Qırmızı kəndin daxili yolu - 350 000 lari
  • Axlı-Lələ kəndinin daxili yolu - 400 000 lari
  • İlməzli kəndinin daxili yolu - 300 000 lari
  • Ambarovka kəndinin daxili yolu - 300 000 lari
  • Qasımlı kəndində içməli su hovuzunun tikintisi - 300 000 lari
  • Mollaoğlu kəndinin daxili yolu - 400 000 lari
  • Qasımlı kəndinin daxili yolu - 400 000 lari
  • Böyük Muğanlı kəndinin daxili yolu - 400 000 lari
  • Baydar kəndinin daxili yolu - 400 000 lari
  • Sion-Tserakvi kəndinin daxili yolu - 400 000 lari
  • Şulaveriвэ bağ evləri yerləşən ərazinin daxili yolu - 400 000 lari
  • Ağməmmədli, Qaçağan və Əzizkənddə suvarma suyu üçün quyunun tikintisi - 1 200 000 lari
  • Marneuli şəhərində park salınması - 300 000 lari
  • Marneuli şəhərində səkilərin salınması - 200 000 lari
  • Tsereteli kəndində idman zalının tikintisi - 1 350 000 lari
  • Güllübağ kəndində içməli su - 450 000 lari
Qeyd olunan infrastruktur layihələri üçün 2022-ci ilin büdcəsində 13 milyona yaxın lari nəzərdə tutulub.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər

Warning: mysql_query(): Unable to save result set in /var/www/marneulifm.ge/public_html/libraries/joomla/database/database/mysql.php on line 223
Articles Not Found!