Çxenkeli: Nazirlik müəllimlərin peşəkar inkişafının alternativ modeli üzərində işləyir

Parlamentdə “Nazir saatı” formatında çıxış edən təhsil naziri Mixeil Çxenkeli məktəb sistemində nəzərdə tutulan dəyişikliklərdən danışıb.


Onun sözlərinə görə, müəllimin peşəkar inkişafı sxeminin alternativ modelləri müzakirə olunacaq. Həmçinin məktəb rəhbəri konsepsiyası yaradılıb və resurs mərkəzlərinin iş konsepsiyasının dəyişdirilməsi nəzərdə tutulub.

“Müəllimlərin gələcək nəslin tərbiyəsində mühüm rolu var. Məhz buna görə də nazirlik peşəkar inkişaf sisteminə yenidən baxılması prosesinə başlayıb. Sxemin alternativ modelləri üzərində işləmək üçün təhsil ekspertlərindən ibarət qrup yaradılmışdır və müzakirələr prosesi bütün hazırkı müəllimlər üçün əlçatan olacaqdır.

Nazirlik yeni direktor standartı və sertifikatlaşdırma prosesi əsasında məktəb rəhbəri konsepsiyasını hazırlayıb. Resurs mərkəzlərinin yeni konsepsiyası üzərində işlərə başlanılıb, ona əsasən onlar regional səviyyədə milli kurrikulumun icrasına rəhbərlik edəcəklər. Onlar məzmun və inzibati proseslərə cavabdeh olacaqlar. Məktəbin idarə edilməsinə differensial yanaşma məktəbin müstəqilliyini artıracaq. Bu, mərkəzsizləşdirmə istiqamətində mühüm addımdır", - deyə Çxekeli bildirib.
Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər