Bu günə qədər nəyə görə 1022 məktəbi müvəqqəti vəzifə icraçısı direktorlar idarə edir? Niyə müsabiqə elan etmədiniz? - Vaşadze nazirə sual ünvanlayıb
"Təhsil Nazirliyini fərqləndirən cəhət müəllimlərdən və bütövlükdə təhsil sistemindən siyasi məqsədlər üçün istifadə etməsidir. Mənim bununla bağlı sualım var. Bu günə kimi 1022 məktəb direktoru vəzifəsini icra etməsinə nə əsas oldu, niyə müsabiqə elan etmədiniz, nə oldu ki, bu adamlar təyin oluna bilmədi? Bilirsinizmi niyə? Çünki siz onları müsabiqə yolu ilə təyin edirsiniz, sonra “Gürcü arzusu”nun nümayəndələri gedib şantaj edir; Onları şantaj edirlər ki, seçkilərə siyasi tərəfdən qarışmasalar, vəzifələrini itirəcəklər”, - deputat Qiorqi Vaşadze bu sualı təhsil naziri Mixeil Çxenkeliyə ünvanlayıb.

Çxenkeli bu gün parlamentdə nazirlər saatı formatında dinlənilir.
“Mən sizin çıxışınızda sistemli heç nə görmədim, ölkədə real islahatların aparılması üçün əsaslı heç nə görmədim və bunu bir çox beynəlxalq araşdırmalar sübut edir və bu araşdırmalar deyir ki, Gürcüstanda təhsilin vəziyyəti ildən-ilə pisləşir. Təəssüf ki, uşaqlarımız (mən də üç uşaq atasıyam) , bu gün beynəlxalq arenada rəqabət aparacaq bir ölkədə təhsil ala bilmir. Halbuki, bütün dünya bilik iqtisadiyyatı qurur. Təhsil Nazirliyini fərqləndirən də budur, müəllimlərdən və bütövlükdə təhsil sistemindən siyasi məqsədlər üçün istifadə etməsidir...

Sizdən soruşuram ki, ölkədə bədnam mövzunu bağlayan nə olub ki, məktəb direktorları vəzifə icraçısı kimi işləməsinlər. İa Kerzaia məsələsini demirəm, bu, bütün Gürcüstanın təhsil sistemindən istifadəni gördüyü bir nümunədir. Təəssüf ki, biz sizin çıxışınıza yalan islahatlar barədə yalan məlumat adı verməliyik və deməliyik ki, niyə təyin etmirsiniz və niyə müsabiqə elan etmirsiniz?”, - deyə Vaşadze nazirə müraciət edib.
Mənbə: Publika
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər