Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Tea
Axvledianinin 1 dekabr 2021-ci il tarixli əmirinə əsasən sabiq
qubernator Şota Rexviaşvili nazir müavini təyin olunub.
Şota Rexviaşvili 2018-ci ildən Kvemo Kartlinin qubernatoru
vəzifəsini icra edib.
2014-2018-ci illərdə Gürcüstanın İşğal Edilmiş Ərazilərdən
Qaçqınlar, Əmək, Səhiyyə və Sosial Müdafiə nazirinin müavini olub.
Bundan başqa keçmiş qubernator 2012-2013-cü illərdə Gürcüstanın baş
prokurorunun müavini vəzifəsində işləb.
1993-2012-ci illərdə Şota Rexviaşvili müxtəlif dövlət qurumlarında
da çalışıb.
30 noyabr tarixində Ş.Rexviaşvili 2018-ci ildən tutduğu qubernator
postundan istefa verib, onu müavini Qiorqi Doxturişvili
əvəzləyib.
Doxturişvilini 1 dekabr tarixində hökumətin Bölgələr Üzrə Əlaqələr
Departamentinin rəhbəri Leri Barnabişvili təqdim edib.
Qiorqi Doxturişvilinin dövlət qulluğunda çoxillik təcrübəsi var. O,
2017-ci ildən Tbilisi Şəhər Şurasının üzvü olub, Ətraf Mühitin
Mühafizəsi Komissiyasına rəhbərlik edib.