Şota Rexviaşvili nazir müavini təyin edilib
Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Tea Axvledianinin 1 dekabr 2021-ci il tarixli əmirinə əsasən sabiq qubernator Şota Rexviaşvili nazir müavini təyin olunub. Şota Rexviaşvili 2018-ci ildən Kvemo Kartlinin qubernatoru vəzifəsini icra edib.

2014-2018-ci illərdə Gürcüstanın İşğal Edilmiş Ərazilərdən Qaçqınlar, Əmək, Səhiyyə və Sosial Müdafiə nazirinin müavini olub. Bundan başqa keçmiş qubernator 2012-2013-cü illərdə Gürcüstanın baş prokurorunun müavini vəzifəsində işləb.

1993-2012-ci illərdə Şota Rexviaşvili müxtəlif dövlət qurumlarında da çalışıb.

30 noyabr tarixində Ş.Rexviaşvili 2018-ci ildən tutduğu qubernator postundan istefa verib, onu müavini Qiorqi Doxturişvili əvəzləyib.

Doxturişvilini 1 dekabr tarixində hökumətin Bölgələr Üzrə Əlaqələr Departamentinin rəhbəri Leri Barnabişvili təqdim edib.

Qiorqi Doxturişvilinin dövlət qulluğunda çoxillik təcrübəsi var. O, 2017-ci ildən Tbilisi Şəhər Şurasının üzvü olub, Ətraf Mühitin Mühafizəsi Komissiyasına rəhbərlik edib.

Mənbə: report.ge
Print