Təhsil naziri Mixeil Çxenkeli bildirib ki, məktəb müəllimləri və
inzibati işçilərin 70%-i peyvənd olunub.
O, bunu bu gün, dekabrın 1-də parlamentdə keçirilən dinləmələr
zamanı deyib.
“Peyvəndləşmiş dövlət və özəl məktəb müəllimlərinin və
inzibati işçilərin sayı 9%-dən 70%-ə yüksəlib və hər gün artmaqda
davam edir. Covid-19-a görə müəllimlər və inzibati heyətin
məktəblərdə təhlükəsiz mühitini təmin etmək üçün fəal şəkildə
koronovirus testləri keçirilir.
Yeni qaydaya əsasən, peyvənd olunmuş məktəb işçilərinin 2 doza ilə
peyvənd olunan heyəti hər 14 gündə bir dəfə, peyvəndləri tam
olmayan və ya peyvənd olunmayanlar isə 7 gündə bir dəfə
koronavirusa görə analiz verəcəklər. Dövlət bu prosesi tam təmin
edəcək”, - deyə Çxenkeli bildirib.